Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 15:05

Hərracda 48 milyon dollar satılıb


Mərkəzi Bank

-
Mayın 19-da növbəti valyuta hərracı keçirilib.

Dövlət Neft Fondu (DNF) bildirir ki, hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb.

Bu vəsaitdən 41.4 milyon hərraca qatılan 7 banka, 7 milyon ABŞ dolları isə Mərkəzi Banka satılıb.

Son aylar hərraca çıxarılan valyutanın böyük bir hissəsini əsasən Mərkəzi Bank alırdı. Müstəqil iqtisadçılar bunun effektiv olmadığını qeyd edir, xarici valyutanın hökumətin bir cibindən çıxarılıb, o birinə qoyulması kimi dəyərləndirirlər.
Budəfəki hərracda isə Mərkəzi Bank xüsusi fəallığı ilə seçilməyib.

Mayın 1-də Mərkəzi Bankın valyuta ehtiyatlarının 4 milyard 120 milyon dollara çatdığı açıqlanıb. Ancaq son iki ildə Mərkəzi Bankın valyutası təqribən 4 dəfə azalıb. 2014-cü ilin ortalarında bu vəsait 15 milyard dollardan çox idi.

XS
SM
MD
LG