Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:57

NYT: “ABŞ dopinq iddialarını araşdırır”


Arxiv fotosu

-

ABŞ-ın “The New York Times” qəzeti yazır ki, ABŞ Ədliyyə Departamenti rusiyalı atletlərin dopinqdən istifadəsi və bunda dövlətin iştirakı barədə iddiaları araşdırır.

Qəzetin yazdığına görə, prokurorluq orqanı dopinq məsələsində hökumət rəsmilərinin, məşqçilərin, atletlərin rolunu araşdırır.

Bu arada Rusiya idmançılarına qarşı dopinq iddiaları səngimir. Ötəm həftə keçmiş rusiyalı rəsmi 2014-cü il Soçi olimpiadasında atletlərin dopinqli nəticələrinin necə ustalıqla gizlədilməsindən danışırdı.

Rusiyanın idman naziri bu qalmaqala görə üzr istəyib, atletlərin bu yay Rio Olimpiya Oyunlarına buraxılmasını xahiş edib.

Azad Avropa/AzadlıqRadiosu Ədliyyə Departamentindən şərh ala bilməyib.

XS
SM
MD
LG