Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 09:40

Erdogandan qərbə növbəti mesaj


Tayyip Erdogan

“Əgər Suriya ərazisindən raket atəşlərininqarşısı alınmasa Türkiyə bunun öhtəsindən təkbaşına gələcək”.

Bunu mayın 17-də Türkiyə prezidenti Racep Tayyip Erdogan bəyan edib.

O İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin İstanbul toplantısında iştirak edən beynəlxalq nazirlər qrupunun qarşısında çıxış edərkən deyib ki,

əgər bu məsələdə Türkiyəyə xaricdən kömək olmasa , onda Ankara “İslam dövləti” qrupuna qarşı təkbaşına mübarizə aparmalı olacaq.

Qeyd edək ki, “İslam dövləti” qrupu son həftələr Suriya ərazisindən Türkiyənin bu ölkə ilə sərhəddə yerləşən Kilis şəhərini raket atəşinə tutur.

Ö z növbəsində Türkiyə yaraqlıların mövqelərinə cavab zərbələri endirir.

Türkiyə rəsmiləri dəfələrlə bəyan edib ki, sərhədlərini qorumaq üçün Ankaraya ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi lazımdır.

Hazırda Türkiyədə 3 milyona yaxın Suriya qaçqını var.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Hazırda ölkənin bir sıra bölgələri hələ də “İslam Dövləti” qrupunun nəzarətindədir.

XS
SM
MD
LG