Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 05:25

Təkbaşına uşaq böyüdən valideynə güzəşt


Foto illüstrasiya

-

3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə qısaldılmış iş vaxtı müəyyən edilib.

APA-nın xəbərinə görə, bu məsələ bu gün Milli Məclisin plenar iclasında Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə 36 saatdan artıq olmamalıdır.
Bu dəyişiklikdən sonra təkbaşına uşaq böyüdən valideynin iş günü 7.2 saatdan ibarət olur.

Belə çıxır ki, qanunla ona gündə 50 dəqiqə güzəşt edilir.

Azərbaycanda əsasən şənbə və bazar istirahət günləri olmaqla, 8 saatlıq iş günü mövcuddur.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG