Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:24

Banqladeşdə iki gün ərzində ildırım vurması nəticəsində 50 nəfər ölüb. Ölənlərin çoxu çəltik tarlalarında işləyən kəndlilər olub.

Ölənlər arasında paytaxt Dakkada futbol oynayan iki şagird və başqa bir uşaq da olub.

Banqladeşdə ildırımlar tez-tez çaxır. Ancaq bu il ölüm hadisləri həmişəkindən daha çox olub.

Mütəxəssislər deyir ki, bunun bir səbəbi havaların daha çox isti keçməsi və quraqlıqla bağlıdır.

Banqladeşdə mart ayından bu yana ildırım vurması nəticəsində 90-dan artıq adam ölüb.

Bu ölkədə iyun-sentyabr ayları arasındakı musson dövründən əvvəl tropik fırtınalar da çox olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG