Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:15

Azərbaycanda 30 min əcnəbi


Azərbaycanda miqrantlar

-

Bu ilin yanvar-aprel aylarında fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayının 7.6 faiz artaraq 29 min 994 nəfərə çatdığı bildirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin press-relizində deyilir ki, həmin şəxslərdən 89.1 faizi kişilər, qalanları qadınlardır. Onlar 120-ə yaxın ölkəni təmsil edirlər.

Azərbaycanda əmək miqrantlarının icbari sosial sığortaya cəlb edilməsinə 2006-cı il yanvarın 1-dən başlanıb.

Müstəqil ekspertlərin deməsinə görə, iş dalınca xarici ölkələrə üz tutan Azərbaycan vətəndaşlarının sayı isə bu rəqəmlə müqayisədə qat-qat çoxdur.

Təkcə Rusiyaya çörəkpulundan ötrü 1 milyon 200 mindən çox Azərbaycan vətəndaşının getdiyi bildirilir.

Bundan başqa, Türkiyəyə işləməyə gedənlərin də olduğu deyilir. Türkiyəyə daha çox Naxçıvan Muxtar Respublikasından gedildiyi qeyd edilir. Ancaq rəsmi statistik rəqəmlərdə bundan bəhs edilmir.

XS
SM
MD
LG