Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:55

D.Rousseff ötən günləri qaytarmağı düşünür


Dilma Rousseff
Dilma Rousseff

-

Braziliyada korrupsiya qalmaqalına görə prezidentlikdən uzaqlaşdırılan Dilma Rousseff yenidən vəzifəsinə qayıtmaq üçün mübarizə aparır.

D.Rousseff mətbuat konfransında deyib ki, Konqresdə keçirilən səsvermə, əslində, dövlət çevrilişidir.

O, qurulan keçid hökumətini də ittiham edib.

Michel Temer-in başçılığı ilə keçid hökuməti and içərək səlahiyyətlərinin icrasına başlayıb.

21-nəfərlik yeni kabinetin ağdərili kişilərdən ibarət olması da ölkədə etirazlara səbəb olub.

Braziliya Konqresində keçirilən səsvermədən sonra prezident Dilma Rousseff istintaq müddətində yarım illiyinə vəzifəsindən kənarlaşdırılmışdı.

O, federal büdcə haqqında qanunu pozmaqda, dövlət banklarının kreditlərindən 2014-cü il prezident seçkisi ərəfəsində artmış büdcə kəsirini örtmək üçün sui-istifadədə ittiham olunur.

XS
SM
MD
LG