Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:01

20 illik yubiley


Kəmər
Kəmər

-

Bu il mayın 15-də Gürcüstan paytaxtı Tbilisidə «Şərq-Qərb» enerji dəhlizinin 20 illiyinə həsr olunmuş mərasim keçirilməsi nəzərdə tutulur. Azərbaycanı bu mərasimdə baş nazir Artur Rasizadə və energetika naziri Natiq Əliyevin təmsil edəcəyi bildirilir.

Xəbəri Energetika Nazirliyi yayıb.

«Şərq-Qərb» enerji dəhlizinin əsası Bakı-Supsa neft ixrac kəməri ilə qoyulub. 1996-cı il martın 8-də Azərbaycan və Gürcüstan arasında ilkin neftin nəqlinə dair hökumətlərarası saziş imzalanıb. Bununla da Bakı-Supsa neft ixrac kəməri layihəsinə start verilib.

Uzunluğu 830 kilometr, layihə gücü ildə 5.1 milyon ton olan bu kəmərin istismara buraxılması ilə Şərqlə Qərbi birləşdirən enerji dəhlizinin təməli qoyulub.

1999-cu il aprelin 17-də kəmərin açılış mərasimi keçirilib. Bakı-Supsa Azərbaycan neftini dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmərdir. Həmin vaxtdan indiyə kimi bu kəmərlə 76.3 milyon ton neft nəql olunduğu bildirilir.
Bakı –Tbilisi - Ceyhan neft kəməri ondan sonra işə düşüb.

XS
SM
MD
LG