Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 23:21

5 nəfər ölümə məhkum edildi


Ötən maydakı avtobus qəzasından sonra

-

Pakistan ordusu Al-Qaeda yaraqlısı olduğu bildirilən 5 nəfəri ölümə məhkum edib. Onlar ötən il törədilmiş avtobus partlayışı və tanınmış hüquq müdafiəçisinin ölümündə təqsirli biliniblər.

Ordunun mayın 12-də yaydığı məlumata görə, baş komandir, general Raheel Sharif ölüm hökmlərini təsdiqləyib.

Həmin şəxslər ötən ilin mayında Karaçidə avtobusu partlatmaqda təqsirli biliniblər. Həmin hücumda İsmaili azlığının 45 üzvü həlak olub.

Hücuma görə məsuliyyəti İslam Dövləti (İD) silahlı qruplaşması üzərinə götürüb.

Ordu həmin şəxsləri ötən ilin aprelində insan haqları fəalı Sabeen Mehmud-un ölümündə də təqsirli bilib.

2014-cü ilin dekabrında silahlılar bir məktəbə hücum edib, 150-dən çox tələbə və müəllimi qətlə yetirəndən sonra Pakistan ölüm hökmünü bərpa edib.

XS
SM
MD
LG