Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:27

Daha 5 dini icmaya maddi yardım edildi


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

-

Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) daha 5 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Həmin dini icmalara maddi yardım edildiyi bildirilir.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytı xəbər verir. Ancaq həmin dini icmaların adı və yardımın məbləği açıqlanmır.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, bu tədbirlər məhz prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı sərəncama əsasən həyata keçirilir.

Prezident həmin sərəncamı 2014-cü il noyabrın 27-də verib.

Komitə bildirir ki, o vaxtdan 119 dini icmaya maliyyə yardımı ayrılıb. Onlardan 19-u qeyri-islam, 100-ü isə İslam dini icmasıdır.

XS
SM
MD
LG