Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 19:58

Gürcüstanda ABŞ və Böyük Britaniyanın iştirakı ilə birgə hərbi təlim məşqləri başlanıb.

“Nobel Partner 2016” təlimlərində 650 ABŞ, təxminən 500 Gürcüstan və 150 Britaniya hərbçisi iştirak edir.

Təlimlər mayın 26-sı, Gürcüstanın müstəqilliyi gününədək davam edəcək, sonda birgə hərbi parad keçiriləcək.

Rusiya bu addımı Qafqaz regionunda qeyri-sabitliyə yönəlmiş addım adlandırıb və bunun NATO tərəfindən təxribat olduğunu bildirib.

Xatırladaq ki, ABŞ bu təlimlərə qatılmaq üçün mayın 5-də Qara dənizdəki Poti limanına ilk dəfədir ki, tank və zirehli texnikalar göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG