Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Partlamamış top mərmisi zərərsizləşdirilib


Minaaxtaran
Minaaxtaran

-

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 9-da Tərtər, Füzuli və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Qarağacı kəndində 3 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib. 1 ədəd partlamamış 122 millimetrlik top mərmisi tapılıb, gün ərzində 30 min kvadratmetr ərazi yoxlanılıb.

Qaynaq kəndində 1 evdə, 3 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib. 1 ədəd partlamamış 122 millimetrlik top mərmisi aşkar edilib.

Agentlik bildirir ki, mayın 9-da 5 ev, 5 otlaq sahəsi daxil olmaqla 14 partlayış yerinə baxış keçirilib. 2 ədəd 122 millimetrlik top mərmisi aşkar edilib. Daşınması mümkün olduğundan Mərkəzi Məhvetmə Ərazisinə daşınıb.

Ümumilikdə Agentlik aprelin 7-dən mayın 9-a kimi 1417 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkarlayıb zərərsizləşdirdiyini bildirir.

XS
SM
MD
LG