Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 13:09

Türkiyə prezidenti Racep Tayyip Erdogan Avropa Birliyinə üzvlüyün Ankaranın strateji məqsədi olduğunu deyib.

O mayın 9-da bildirib ki, Tükiyəyə qarşı viza rejiminin ləğvi onun Avropa Birliyinə qoşulmasını tezləşdirəcək.

Qeyd edək ki, Avropa Komissiyası bu günlərdə birliyə Türkiyəyə qarşı viza rejiminin qaldırılmasını məsləhət görüb.

Amma qalan 5 kriteriyanın da yerinə yetirilməsi şərti ilə.

Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasında bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, Türkiyə ilə viza rejiminin qaldırılması və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG