Keçid linkləri

Təcili xəbərlər
2021, 30 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:01

«Amerika Günləri» festivalı başlayır


ABŞ

-

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə mayın 14-dən 21-dək «Amerika Günləri» festivalı keçiriləcək.

Səfirliyin bildirməsinə görə, festivalın keçirilməsində məqsəd Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri və digər maraqlı tədbirlər nəzərdə tutulur.

Bundan başqa, Azərbaycan Dövlət Musiqili Teatrının 60-dan çox ifaçısı, rəqqas və musiqiçisinin iştirakı ilə «Broadway Bound» yaradıcı qrupu konsert verəcək.

Bütün tədbirlər ictimaiyyətə açıqdır və onlara giriş pulsuzdur .

Pulsuz biletləri Azərbaycan Dillər Universitetinin 2-ci mərtəbəsində yerləşən Bakı Amerika Mərkəzindən əldə etmək olar.

XS
SM
MD
LG