Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:53

Atəşkəs uzadılır


Hələb şəhəri - 2015
Hələb şəhəri - 2015

-

Hələbdə atəşkəs daha üç gün uzadılacaq.

Bunu Rusiyanın müdafiə naziri bildirib. Onun sözlərinə görə, vəziyyətin daha da pisləşməsini istəmirlər.

Nazirlik bildirib ki, Rusiyanın təşəbbüsü ilə Latakiyada və Hələbdə atəşkəs mayın 7-də yerli vaxtla 00:01-dən 72 saat davam edəcək.

280-dən çox mülki şəxsin ölümünə səbəb olan ikihəftəlik döyüşlərdən sonra əldə edilən müvəqqəti sülh mayın 7-də başa çatırdı.

Rusiya sentyabrdan bəri Suriyada prezident Bashar Al-Assad rejiminin əleyhinə çıxan qüvvələri bombalayır.

XS
SM
MD
LG