Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:03

İki dövlət Kuril adalarını müzakirə edib


Shinzo Abe və Vladimir Putin
Shinzo Abe və Vladimir Putin

-

Yaponiyanın baş naziri Shinzo Abe Rusiya prezidenti Vladimir Putin-lə Kuril adaları ilə bağlı 3 saatlıq söhbətlərinin nəticə verəcəyinə inanır.

Yaponiyanın baş naziri deyib ki, iki lider İkinci Dünya Müharibəsi zamanı Rusiyanın tutduğu, Yaponiyanın geri istədiyi adalarla bağlı müzakirələrdə «köhnə fikirləri» bir qırağa qoymağa razılaşıb.

«Baş nazir hiss edib ki, müzakirələrdə dönüş nöqtəsi ola bilər». Bunu baş nazirin sözçüsü Yasuhisa Kawamura deyib. O, baş nazirə istinadən bildirib ki, Putin də bu hissləri paylaşıb: «Onlar özlərinin birbaşa əməkdaşlıq etmələri ilə bağlı razılığa gəliblər. Bu, təzə elementdir».

Putin də görüşdə bildirib ki, onların xüsusi diqqət tələb edən müəyyən sualları var: «Ola bilsin ki, bir nəticəyə gəlmək üçün əlaqələrin qurulmasına xüsusi diqqət yetirək».

XS
SM
MD
LG