Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:51

Ukrayna BVF-nin ümidlərini doğruldur


BVF
BVF

-

«Ukraynanın yeni hökumətindən yaxşı xəbərlər alırıq». Bunu Beynəlxalq Valyuta Fondunun rəsmisi deyib.

BVF-un Avropa departamentinin rəsmisi Mahmood Pradhan qurumun Kiyevə kredit ayrılmasına razılıq verdiyini deyir.

BVF Ukraynada siyasi böhran üzündən 17.5 milyard dollarlıq kredit proqramını dayandırmış və islahatlar tələb etmişdi.

Mahmood Pradhan jurnalistlərə bildirib ki, onların fikrincə, Kiyevin yeni hökumətinin səyləri onların proqramı əldə etmək və yerinə yetirmək niyyətini göstərir. O əlavə edib ki, Kiyev hökumətinin proqrama sadiq qalacağına və işləyəcəklərinə ümid edir.

BVF Ukraynada əldə edilmiş nailiyyətləri gözdən keçirməyə hazırlaşır.

Ötən il iqtisadiyyatda 10 faiz geriləmə müşahidə edilsə də, qurum bu il Ukrayna iqtisadiyyatında 1.5 faiz artım proqnozlaşdırır.

XS
SM
MD
LG