Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:52

Latviya səfiri Azərbaycan müdafiə naziri ilə görüşüb


Latviya bayrağı
Latviya bayrağı

Latviya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.

Bu fikirləri Latviya Azərbaycandakı səfiri Yuris Maklakovs mayın 6-da müdafiə naziri Zakir Həsənovla görüşündə deyib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüşdə Azərbaycan-Latviya hərbi əməkdaşlığı, NATO proqramları müzakirə olunub.

Zakir Həsənov deyib ki, iki ölkənin münasibətləri uğurla davam edir, Latviya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Qoşunların təmas xəttində yaranmış son hadisələrə də toxunan nazir Ermənistanın regionda sabitliyə əsas təhlükə yaratdığını qeyd edib.

Səfir Y. Maklakovs Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu, hərbi sahədə əməkdaşlığın genişləndirilməsində səylərini əsirgəməyəcəklərini bildirib.

XS
SM
MD
LG