Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:08

Ailə Məcəlləsinə dəyişiklik


Milli Məclisin binası, 24 aprel 2016
Milli Məclisin binası, 24 aprel 2016

Ali Məhkəmənin Plenumunu Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edib. Təşəbbüs boşandıqdan sonra uşaqların kimin yanında qalması məsələsi ilə bağlıdır.

Bu haqda parlamentin ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı Modern.az-a bilgi verib.

Komitə sədri deyib ki, hazırkı qanunvericiliyə görə, boşanmadan sonra uşaqların kimin yanında qalması məsələsi qətnamə ilə həll olunur:

«Bu zaman uşaq yanında qalmalı olduğu valideynin deyil, digər valideynin yanında olduğundan, qətnamənin icrası hərdən aylarla, hətta illərlə uzanır. Qətnamənin icrasında yaranan qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədi ilə yetkinlik yaşına çatmamış uşaqların hüquqlarının müdafiəsini vaxtında təmin etmək üçün Plenum təklif edir ki, Ailə Məcəlləsinə bəzi redaktələr edək».

Komitə sədri deyib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə görə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığı dərhal müəyyən edilməlidir. Əgər uşaq həmin valideynin yanında deyilsə, alınıb ona verilməsi məsələsi həll edilməlidir.

Təklif mayın 6-da komitə iclasında müzakirə ediləcək.

XS
SM
MD
LG