-
Mayın 5-də növbəti valyuta hərracı keçirilib. Neft Fondu (NF) bildirir ki, hərraca 50 milyon ABŞ dolları vəsait çıxarıb.
Bu vəsaitdən 40.8 milyon ABŞ dolları 7 banka, 5 milyonu isə Azərbaycan Mərkəzi Bankına satılıb.
Son bir neçə hərraca çıxarılan valyutanın böyük hissəsini, adətən, Mərkəzi Bank alırdı. Bu dəfə hərracda digər banklar daha fəal olub.