Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:27

İŞİD-ə üzv yığan öldürülüb


Neil Prakash
Neil Prakash

-

«İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına üzv toplayan şəxs İraqda ABŞ hava zərbəsi nəticəsində öldürülüb. Avstraliya hökuməti bu barədə mayın 5-də məlumat yayıb.

ABŞ Avstraliya rəsmilərinə məlumat verib ki, Neil Prakash aprelin 29da Mosula hava zərbəsində qətlə yetirilib. Prakash-ın adı Avstraliyada bir neçə hücumda hallandırılıb, o, Birləşmiş Ştatlara təkbaşına hücumlara da çağırıb.

Melburnda doğulmuş Prakash İŞİD-in təbliğat videolarında, jurnallarında çıxış edir, Avstraliya əhalisi arasından qruplaşmaya fəal şəkildə üzvlər toplayırdı.

Avstraliya ötən il Prakash-a maliyyə sanksiyaları elan etdi, ona maliyyə yardımı edən istənilən şəxsi 10 illik həbslə hədələdi.

XS
SM
MD
LG