Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:37

SOCAR Air Liquede-lə müqavilə imzaladı


SOCAR Tower
SOCAR Tower

Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması ilə bağlı yeni müqavilələr imzalanıb. «Air Liquede» şirkəti ilə bağlanan müqavilələr lisenziya, mühəndislik və zəmanət məsələlərini nəzərdə tutur.

Bu haqda SOCAR-ın saytı xəbər verir.

SOCAR-ın bildirməsinə görə, müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov«Air Liquede» şirkətinin vitse-prezidenti Domenico D'Elia imzalayıb.

Müqaviləyə əsasən, yüksək təmizlikli hidrogen təchizatının təmin edilməsi məqsədi ilə «Air Liquide» şirkəti zavodun ərazisində yeni qurğunun inşasına cəlb ediləcək. Bu şirkət layihə üzrə icra qrafikinə uyğun olaraq, Texnoloji Layihələndirmə Paketi hazırlayacaq.

SOCAR-ın məlumatında müqavilənin dəyəri açıqlanmır.

XS
SM
MD
LG