Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:03

“Lester Citi ” İngiltərə çempionu oldu


Foto arxiv

İngiltərənin “Lester Citi” futbol klubu artıq premyer liqasında çempionluğunu təmin edib.

Əyalət şəhərçiyi olan Lester sakinləri bazar ertəsi “Çelsi” ilə “Tottenhem” arasında keçirilən tarixi oyunu izləyiblər.

Oyun 2:2 qurtardığından ikinci liqadan təzəcə Premyer liqata qalxan “Lester Citi” klubu tarixində ilk dəfə İngiltərə çempionu olub.

Fasiləyə 2:0 hesabı ilə üstün yollanan "Tottenhem" ikinci hissədə bunu qoruya bilməyib.

Nəticədə "Tottenhem"in lider "Lester Citi" ilə xal fərqi 7-yə qalxıb.

Beləliklə "Lester Citi" son iki turun nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə Premyer Liqanın qalibi olub.

XS
SM
MD
LG