-
Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyaya gedib.
Nazirliyin bildirməsinə görə, o, sabah Çexiyanın paytaxtı Praqada keçiriləcək Vişeqrad 4-lüyü (Çexiya, Macarıstan, Polşa, Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
İclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.