-
Mayın 3-də növbəti valyuta hərracı keçirilib.
Neft Fondu (NF) bildirir ki, hərraca 50 milyon ABŞ dolları çıxarıb. Bu vəsaitdən 45.6 milyon dollar hərraca qatılan 8 banka satılıb. Onlardan təkcə Mərkəzi Bank 40 milyon ABŞ dolları alıb.
Mərkəzi Bank son hərraclara çıxarılan valyutanın böyük miqdarını özü alır.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları mayın 1-də 4 milyard 120 milyon dolları ötüb. Aprelin əvvəlinə olan rəsmi rəqəmlərlə müqayisədə, valyuta ehtiyatlarının həcmi 54.8 milyon dollar (1.34 faiz) artıb.
Ancaq son iki ildə Mərkəzi Bankın valyutası 3 dəfədən çox azalıb. 2014-cü ilin mayında bu vəsait 15 milyard dollardan çox idi.
Müstəqil iqtisadçılar yazır ki, hökumət son günlər sanki xarici valyutanı bir cibindən çıxarıb o biri cibinə qoyur.