Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 17:37

-

Ötən həftə cəbhədə atəşkəsin pozulması zamanı yaralanan Elnur Məmmədov Bakıya gətirilir.

APA bu xəbəri Ağdam rayon Mərkəzi Xəstəxanasına istinadən yayıb.

E.Məmmədovun ağciyərində əməliyyat aparılıb. Onun gətirilməsini elə Bakıdan gələn mütəxəssislər məsləhət biliblər. Yaralı Bakıdakı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alacaq.

Ağdam rayonunun Əfətli kənd sakini, 38 yaşlı E.Məmmədov aprelin 27-dən 28-nə keçən gecə Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində qəlpə yarası alıb. Həmin vaxt rayonda daha 6 mülki şəxs yaralandı, iki nəfər isə həlak oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG