ABŞ təlim məşqlərində iştirak üçün Moldovaya 200-dək hərbçi göndərib.
“Dragon Pioner-2016” təlimləri mayın 3-20 arası keçiriləcək.
Moldova MüdafiəNazirliyinin məlumatına görə, ABŞ hərbçiləri ölkəyə Rumınyadan zirehli maşınlarla gələcək.
Hərbi təlimlərdə həmçinin 165 moldova əsgəri iştirak edəcək.
Təlimlər NATO-nun “Sülh naminə tərədaşlıq” proqramı çərçivəsində keçirilir.
Moldova bu proqrama 1994-cü ildən qoşulub.
Moldovadakı rusiyapərəst müxalifət buna etiraz olaraq aksiyalar keçiriləcəyini bildirib.
Hazırda Moldovanın separatçı Dnestryanı regionunda 1500-dək Rusiya hərbçisi var.
Onlardan 380-nin beynəlxalq sülhümühavizə statusu var.
Qalanları isə keçmiş 14-cü Rusiya qvardiyasının üzvləridir.