Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 16:06

Novorossiysklə neft nəqlində artım


Arxiv fotosu

Novorossiysk limanı vasitəsilə ixrac edilən neftin həcmi xeyli artıb. SOCAR apreldə adıçəkilən liman vasitəsilə 159 599 ton xam neft ixrac edib.
Report-un xəbərinə görə, bu göstərici ötən ilin aprel ayındakından 88 faiz çoxdur.
SOCAR bu ilin yanvar-aprel aylarında Novorossiysk limanından ümumilkdə 239 536 ton xam neft ixrac edib. Ancaq bu göstərici ötən ilin analoji dövründən 53 faiz azdır.
SOCAR Novorossiysk istiqamətində neft nəqlini martdan bərpa edib. Bu barədə saziş tərəflər arasında fevral ayının sonunda rəsmiləşmişdi.

XS
SM
MD
LG