Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:38

Atəşkəs yenə pozulub


Bərdə, 29.04.2016
Bərdə, 29.04.2016

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəsi 112 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Ağstafa rayonunun Köhnəqışlaq kəndindi atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərinin vurulduğu açıqlanır.

Bundan başqa, Krasnoselsk rayonu ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqeylərinin vurulduğu qeyd edilir..
Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad və Nəmirli kəndləri də atəş altlnda qalıb.
Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonunun da bəzi məntəqələri atəşə tutulub.
Mətbuat xidməti bildirir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun qarşı tərəfə cavab zərbələri endirib.

XS
SM
MD
LG