Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:57

Mayda Bakıda necə hava gözlənilir?


Günəş
Günəş

-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti may ayına aid hava proqnozunu açıqlayıb.

Departament bildirir ki, Bakı və Abşeron yarımadasında orta aylıq temperatur 18-20 dərəcə isti olacaq. Gecələr 11-16, gündüzlər 20-25 dərəcə arasında dəyişəcək. Bəzi günlərdə 28-33 dərəcə isti gözlənilir.

Aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın (norma 18-21 mm) olacaq.

XS
SM
MD
LG