Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:09

Kassada pullar. Şizo şeirlər


 Babi Badalov
Babi Badalov

-

Babi Badalov

Şizo şeirlər

***

qaynayır çaydanın içində su

qaynayır sözlərin içində baş

oyan ey şəhər

oyan ey şəhər

yoxsa bu dəniz qaçar

oyanır şəhərin gözü

günün içində qaynayır rəngli maşınlar

dükanların içində ərzaqlar

çölündə ziqzaqlar

kassada pullar

kassirşa qızlar

yanında siçanlar siçovullar

külək əsəndə

qaynayır ağaclar

axar çayda daşlar

oyan ey şəhər

yoxsa bu dəniz qaçar

***

saatlarla divara baxan

bağlı dəmir arxasında

oturub duran dustaq

mustaq

tak

quşların qanadlarına

buludların rənginə

ulduzların sirrinə

həsrətlə baxan

həsrətlə soxan

xan

bağlı dəmir qapı arxasında

oturub duran dustaq

saatın əqrəbləri kimi

zindanda ömrünü əridən

dustağın barmaqlarının ucundan tökülən günlər

dustağın gözlərindən tökülən yaşlar

kipriklərində donub qalan

həsrətin ağırlığı

divarların ağlığında

illərin addımları

dustağın həyatı

zindanın divarlarında

səpələnmiş.org.az

***

radionu söndürdüm

radiodan gələn sözləri rədd etdim

yaşasın təklik

indi sən təksən

tək

mini ətəksən

bomba pətəksən

tök sən tök

təki sən tök

təksən tək

söndürülmüş radio kimi

təklik

içindəki sözlər

gəzişir təklik

heç zaman sönməyən radio kimi

gecələr yuxuda da çalır

mənim radiom

radio radio

indi sən çal radi O

məndən xəbərsiz

televizor

o da zor

əslində bu bir pozor

kimə istəyirsən sor

yaşasın təklik

indi sən təksən

tək

yatmış gözlər

sahibsiz televizor

sınmış radio

ölmüş insan

sən

2008

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG