Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:49

Gömrük yığımları təsdiq edilib


Gömrük
Gömrük

-

Nazirlər Kabineti «Gömrük yığımlarının məbləğləri»ni təsdiq edib. Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

«Report»un xəbərinə görə, bu, gömrük orqanlarının həyata keçirdiyi xidmətlər və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir.

Gömrük nəzarətinin həyata keçirilməsi, malların rəsmiləşdirilməsi, ekspertizası və saxlanması ilə bağlı bu məbləğlərdə yığımlar alınır:

1. gömrük dəyəri 1 000 manata qədər olduqda 10 manat,

2. gömrük dəyəri 1 001 manatdan 10 000 manata qədər olduqda 50 manat,

3. gömrük dəyəri 10 001 manatdan 100 000 manata qədər olduqda 100 manat,

4. gömrük dəyəri 100 001 manatdan yuxarı olduqda isə 275 manat.

XS
SM
MD
LG