Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 02:54

Ukraynanın şərqində 5 nəfərin öldüyü bildirilir


Foto arxiv

Ukraynanın şərqindəki rusiyapərəst separatçılar azı 5 nəfərin öldüyünü xəbər verirlər.

Onlar Ukrayna ordusunun Olenevka şəhərindəki nəzarət-buraxılış məntəqəsini atəşə tutduğunu deyirlər.

Separatçıların hərbi nümayəndəsi Eduard Basurinin sözlərinə görə, aprelin 26-da baş verən insident nəticəsində həmçinin 10 nəfər dinc sakin xəsarət alıb.

Kiyev məlumatı rədd edir.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG