Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:26

Müdafiə naziri yenidən ön cəbhədə


Zakir Həsənov

Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri Zakir Həsənov yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb.

O, ali baş komandanın ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. Bu haqda Müdafiə Nazirliyi xəbər verir.

Nazirlik bildirir ki, Z. Həsənov cəbhə bölgəsində əsaslı monitorinq aparıb. Müdafiə xəttinin dayanıqlığı, qoşunların atəş imkanları, ərazidə mühəndis-istehkam qurğularının durumu yoxlanıb.

Habelə, mövqelərdəki şəxsi heyətin maddi-texniki təminatının təşkili, mənəvi-psixoloji durumu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığına diqqət yetirilib.

Müdafiə nazirinin şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması ilə əlaqədar müvafiq göstərişlər verdiyi bildirilir.

Zakir Həsənov bir gün əvvəl də cəbhə xəttindəki səngərlərə baş çəkmişdi.

XS
SM
MD
LG