Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:24

Nazirdən beynəlxalq təşkilatlara məktub


Elmar Məmmədyarov

-

«Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlləri barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibi, Təhlükəsizlik Şurasının sədri və ATƏT-in Daimi Şurasının rəhbərinə məktub göndərib».

Bunu AzadlıqRadiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Məktublarda deyilir ki, aprelin 5-i Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılması haqqında razılıq əldə edilib. Ancaq Ermənistan buna əməl etmir, qoşunların təmas xəttinə əlavə hərbi qüvvə yığır.

«Məktubda nazir Ermənistan silahlı qüvvələrinin təxribatçı əməllərinin ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylərə zərbə vurduğunu xüsusilə qeyd edib. Beynəlxalq ictimaiyyəti Ermənistanı atəşkəsi pozduğu üçün kəskin qınamağa və öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb etməyə çağırıb», - deyə Hikmət Hacıyev bildirib.

XS
SM
MD
LG