Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:56

Pakistan zabitləri Azərbaycanda


Pakistan Milli Müdafiə Universitetinin heyəti Azərbaycanda səfərdədir.

-

Səfir Shah Muhammad Jamal-ın rəhbərlik etdiyi Pakistan Milli Müdafiə Universitetinin 18 nəfərdən ibarət heyəti Azərbaycana akademik səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, qonaq heyətin tərkibinə Oman, Bruney və Nigeriya silahlı qüvvələrinin yüksəkrütbəli zabitləri də daxildir.

Qonaq heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.

Onlara aprel ayının əvvəllərində qoşunların təmas xəttində baş vermiş hadisələr barədə ətraflı məlumat verildiyi bildirilir.

Aprelin 28-nə kimi davam edəcək bu səfər çərçivəsində onlarla bir sıra nazirliklərdə, dövlət xidmətlərində, agentlik və universitetlərdə görüşlər planlaşdırılıb.

Həmçinin oxuyun:

*Zakir Həsənov Tərtərə gedib

*Dağlıq Qarabağ münaqişəsi niyə alovlanır?

*Gecə döyüşlər olub. 20 ev zərər çəkib

XS
SM
MD
LG