Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Ermənistanda təhlükəsizlik gücləndirilib


Partlayış baş vermiş avtobus

-

Ermənistan Prezidenti Serzh Sarkisian polisə təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb. Aprelin 25-də axşam Yerevanda avtobus partlayıb, azı 2 sərnişin həlak olub, 7 nəfər yaralanıb.

Hələlik partlayışın səbəbi bəlli deyil. Ermənistan polisinin sözçüsü bomba ehtimalıyla bağlı deyib ki, “bunu söyləməyə hələ tezdir”. Polisin rəhbəri Vladimir Gasparian isə bu ehtimalı çıxdaş etməyib.

Partlayışın avtobusdakı oturacaqların ikinci cərgəsində baş verdiyi bildirilir.

Hadisə yerində olan Frans Press agentliyinin müxbiri avtobusun tamamilə dağıldığını, partlayışdan yaxınlıqdakı evlərin şüşələrinin qırıldığını xəbər verir.

XS
SM
MD
LG