Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 23:10

İlham Əliyev Erdoğanla görüşüb...


Əliyev-Erdoğan görüşü (arxiv fotosu)

Aprelin 25-də dövlət başçısı İlham Əliyevin Azərbaycana gələn Türkiyə prezidenti Receb Tayyib Erdoğanla görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə prezidentinin Azərbaycana bu dəfə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədi ilə gəldiyi bildirilir.

Aprelin 25-də Bakıda başlayan forum 3 gün davam edəcək...

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG