Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 12:49

Minsklə Vaşinqton yaxınlaşır


Scott Rauland, Helen Clark, Uladzimir Makey

“Belarusla ABŞ səfirlərin Vaşinqton və Minskə qayıtmasının mümkünlüyünü müzakirə etməyə hazırdırlar”.

Bunu aprelin 25-də ABŞ-ın Belarusdakı diplomatı Scott Raulandla Belarusun xarici işlər naziri Vladimir Makey bəyan ediblər.

Makey Minskdə jurnalistlərə tərəflərin münasibətləri normallaşdırmağa hazır olduqlarını deyib.

O qeyd edib ki, tərəflər açıq dialoqa keçməlidirlər.

Scott Rauland ümid edir ki, ilin sonlarında Belarusun xarici işlər nazirliyi ilə səfirlərin dönməsi məsələsi müzakirə oluna bilər.

Belarus 2008-ci ildə səfirini Vaşinqtondan geri çağırıb və ABŞ səfirinin də ölkədən çıxmasını təkid edib.

Buna səbəb Minsklə Qərb arasında münasibətlərin pisləşməsindən sonra ABŞ-ın “Belneftexim”ə qarşı sanksiya tətbiq eləməsi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG