Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:20

Bir kişi və bir qadının özlərini asdıqları deyilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Goranboy və İsmayıllı rayonlarında intihar olaylarının baş verdiyi bildirilir.

«Report»un xəbərinə görə, Goranboy rayon sakini 23 yaşlı İdris İdrisovun yaşadığı evin həyətində asılmış meyiti aşkarlanıb.

İsmayıllı rayonunda isə 45 yaşlı Dərya Şirinovanın yaşadığı həyətdə asılmış meyiti tapılıb. Ölümlərin səbəbi açıqlanmır.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb, araşdırma aparılır.

Son illər Azərbaycanda intiharların sayının artdığı bildirilir.

XS
SM
MD
LG