Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:30

Suriyaya 250 nəfərlik hərbi heyət göndərir


ABŞ hərbçisi İraq ordusuna təlim keçir.

-

ABŞ prezidenti Barack Obama «İslam Dövləti» (İŞİD) hərbi qruplaşmasıyla mübarizədə yerli qüvvələrə kömək məqsədilə Suriyaya 250 nəfərlik hərbi heyət göndərir.

ABŞ rəsmilərinin məlumatına görə, Obama bu qərarını aprelin 25-də Almaniyaya səfərinin sonunda rəsmən elan edəcək.

Bu addım ABŞ-ın Suriyadakı hərbi iştirakını gücləndirmiş olacaq.

Suriyada ABŞ-ın 50 xüsusi əməliyyatçısı var. 250 nəfərlik heyət içində xüsusi qüvvələrin olub-olmadığı bəlli deyil.

«The Wall Street Journal» aprelin 24-də Obama-nın qərarından yazmışdı.

İŞİD-lə mübarizə Obama-nın Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Almaniya liderləri ilə danışıqlarında əsas müzakirə mövzusu olub.
İŞİD Suriyada Raqqa, İraqda isə Mosul şəhərlərinə nəzarət edir, ötən ilin noyabrında Parisdə, martda isə Brüsseldəki hücumlara görə məsuliyyəti üzərinə götürüb.

XS
SM
MD
LG