Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 17:35

Serbiya baş naziri qələbəsini elan edir


Aleksandar Vucic

-

Serbiyanın Baş naziri erkən parlament seçkilərində sağ mərkəzçi Serbiya Proqressiv Partiyasının “tarixi qələbə çaldığını” elan edib. Vucic ölkənin Avropa Birliyinə qoşulmanı hədəfləyən yolla irəliləyəciyini bildirib.

“Serbiya Avropa yoluyla irəliləyəcək və bu işi sürətləndirməyə çalışacağıq”, Vucic aprelin 24-də Belqradda partiyasının qərargahına toplaşmış tərəfdarlarına söyləyib.

Vucic seçkini planlaşdırıldığından 2 il öncə keçirib və bildirib ki, partiyası parlamentdə daha güclü şəkildə təmsil olunmalıdır. Hazırda 250 yerli parlamentdə 131 yer hakim partiyaya məxsusdur.

Baş nazir Belqradın Rusiya ilə dostluq əlaqələrini də saxlayacağını bildirib.

İlkin müstəqil göstəricilərə görə, Vucic-in partiyası səslərin 49 faizini qazanıb.

XS
SM
MD
LG