Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:40

İki gəncin özünü asdığı deyilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Aprelin 23-də Bakıda iki intihar olayının baş verdiyi bildirilir.

«Report»un xəbərinə görə, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin sakini, 28 yaşlı Elvin Hacıyevin yaşadığı mənzildə asılmış meyiti tapılıb.

Digər olay Xəzər rayonunda baş verib. Mərdəkan qəsəbəsində 27 yaşlı Uğur Məmmədovun dəniz sahilindəki «Marina Beach» çimərliyində dəmir borudan asılmış meyiti aşkarlanıb. Onun cibindən ölümündən əvvəl yazdığı güman edilən məktub tapılıb. Məktubda «ölümümün dükan sahibi ilə əlaqəsi yoxdur, intiharı özüm qəsdən etdim» sözlərinin yazıldığı deyilir.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

XS
SM
MD
LG