Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:32

Nazir polisə işləməyə daha 120 nəfər seçib


Ramil Usubov
Ramil Usubov

-

Daxili işlər naziri Ramil Usubov aprelin 23-də polisə işləmək istəyənlərin arasından yenə seçim edib.

Mətbuat xidməti bildirilir ki, seçim Bakıda, DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarında vakant sıravi və kiçik rəis heyətində xidmət etmək arzusunda olanlar arasında aparılıb. Nazir həmçinin, «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi haqqında» prezident fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə namizədlər də seçib.

Ramil Usubov 1500 nəfər arasından 400 nəfəri polisə, 120 nəfəri isə mülki işçi vəzifələrinə namizəd kimi seçib. Mətbuat xidməti bildirir ki, «nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb». Seçilənlərin sənədlərinin hazırlanmasında müvafiq qurumların rəhbərlərinə göstərişlər verilib.

Nazir bundan əvvəl aprelin 20-də polisə işləmək istəyənlərdən 172, aprelin 15-də 78, martın 16-da isə 226 mülkü şəxsi namizəd kimi seçmişdi.

XS
SM
MD
LG