Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 01:21

-

Ünlü qazaxıstanlı yazıçı-şair Olzhas Suleimenov Bakıya gələcək. «Report» xəbəri Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən yayıb.

O.Suleimenov-un aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasında görüş keçirəcəyi gözlənilir. Görüşdə yazıçının Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru adı ilə təltif olunması nəzərdə tutulur.

Tədbirdə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Qazaxıstanın Azərbaycandakı səfiri Beibit Isabaev və başqa şəxslərin iştirak edəcəkləri bildirilir.

O.Suleimenov hələ sovet dönəmində türk dünyasının tarixinə həsr edilən və 70-ci illərin ortalarında yüksək tirajla dərc olunan «Az i Ya» əsəri ilə məşhurlaşıb.

Bu əsərindən sonra o, təkcə Sovet İttifaqı türkləri arasında yox, bütün dünyada tanındı.

Günün bütün mövzuları

XS
SM
MD
LG