Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:17

M.Ə.Sabir. Halına yandıqların eyləməz ehsan sənə


M.Ə.Sabir

-

Mirzə Ələkbər Sabirin inqilabçı fikirlərinə görə təqib olunan Ömər Faiq Nemanzadəyə yazdığı şeir

Söyləmədimmi sənə rahat otur, heyifsən,
Çəkmə bu millət qəmin, çək özünə keyf sən.
Xana deyildir sənin, getməlisən, zəifsən,
Eyləmədin etina, qissə haman oldumu?
Şimdi sənə mən deyən mətləb hasil oldumu?

Faidə verməz dedim etdiyin əfqan sənə,
Halına yandıqların eyləməz ehsan sənə.
Məskən olur aqibət guşeyi-zindan sənə;
Guşeyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb hasil oldumu?

XS
SM
MD
LG