Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:20

Ban Ki-moon gələsi olmadı?


Ban Ki-moon
Ban Ki-moon

-

BMT baş katibi Ban Ki-moon-un Cənubi Qafqaza bu ayın sonuna planlaşdırılan səfərinin gerçəkləşməyəcəyi bildirilir.

«Report» bu xəbəri BMT baş katibinin mətbuat katibi Stéphane Dujarric-ə istinadən yayıb .

«Baş katib regiona səfər etmək istəsə də, mühüm səbəblərə görə, həmin günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaza səfərin müddətlərinə yenidən baxılacaq», - deyə mətbuat katibliyindən bildiriblər.

BMT baş katibinin aprelin 25-dən 27-nə kimi Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyi deyilirdi.

Ban Ki-moon-un Bakıda keçiriləcək Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda da iştirak etməsi gözlənilirdi.

Onun səfərinin təxirə salınmasını BMT-nin Azərbaycan ofisinin də təsdiq etdiyi deyilir.

XS
SM
MD
LG