Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 08:24

Suriyada 500 yaralı köçürülüb


Suriya, arxiv fotosu

-

Suriyada mühasirədə olan 4 şəhərdən 500 yaralı çıxarılıb. Dekabrdan bəri ölkədə ilk böyük evakuasiya həyata keçirilib.

BMT bildirir ki, həmin şəxslərin “həyati vacib tibbi yardıma ehtiyacı olub”. Yaralılar aprelin 20-də axşam çıxarılıblar.

Onlardan 250 nəfəri Livanla sərhəd yaxınlığında yerləşən Madaya və Zabadani şəhərindən təxliyə edilib. Qalanları isə hökumətin nəzarətində olan Foah və Kafraya şəhərlərindən çıxarılıb.

Əməliyyat Suriya Qızıl Aypara Komitəsi, BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə aparılıb.

XS
SM
MD
LG