Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:48

Daha iki Bakı sakini intihar edib?


Foto illüstrasiya

-

Bakıda daha iki nəfərin intihar etdiyi bildirilir.

APA-nın xəbərinə görə, hər iki hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Rayon sakinləri - 59 yaşlı Səlimxan Məmmədov və 34 yaşlı Aynurə Məmmədovanın yaşadıqları evlərdə asılmış meyitləri aşkarlanıb.

Hər iki faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. Ölümlərin səbəbi açıqlanmır.

Bu gün yayılan başqa bir xəbərdə isə Keşlə qəsəbəsində 70 yaşlı Akif Ağacanovun evində asılmış meyitinin aşkarlandığı bildirilirdi.

XS
SM
MD
LG