Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:26

70 yaşlı şəxs intihar edib?


Foto illüstrasiya.

-

Bakıda 70 yaşlı kişinin intihar etdiyi bildirilir.

APA xəbəri Nizami Rayon Polis İdarəsinə istinadən yayıb.

Hadisənin Keşlə qəsəbəsində qeydə alındığı deyilir.

Qəsəbə sakini, 70 yaşlı Akif Ağacanovun yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Ölümün səbəbləri, hələlik, məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğu araşdırma aparır.

Son vaxtlar ölkə mətbuatında dərc edilən araşdırmalarda intiharların artdığı qeyd edilir. Ancaq ölkədə intihar hallarını araşdıran ayrıca mərkəz yoxdur.

XS
SM
MD
LG